Fatimə Qasımova interyer dizayner

Fatimə Qasımova interyer dizayner

26 Sentyabr 2026 114 baxış
Salam, hər vaxtınız xeyir. Mən Qasımova Fatimə, interyer dizayneriyəm. Hazırda bu sahədə təxminən 3 ildir fəaliyyət göstərirəm.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnteryer Dizayn ixtisası üzrə təhsil alıram. Təhsil aldığım müddətdə həm fərdi, həm də real müştərilər üçün müxtəlif yaşayış və kommersiya layihələri üzərində çalışmışam.

Hazırda əsas fəaliyyət istiqamətim interyer dizayn, məkanın funksional planlaşdırılması, 3D vizuallaşdırma və layihənin texniki planlarının hazırlanmasıdır. Layihələrdə yalnız vizual tərəfə deyil, məkanın funksionallığına, ergonomikasına və sonradan real olaraq tətbiq edilə bilməsinə də xüsusi diqqət yetirirəm.

Real layihələrimdən biri Ağ Şəhərdə, City Park Mall ərazisində yerləşən təxminən 120–130 m² sahəyə malik gözəllik salonudur. Layihənin interyer dizaynını və vizual həllərini tək həyata keçirmişəm.

Digər layihələrimdən biri isə Bayıl ərazisində yerləşən MotoBaku Academy layihəsidir. Layihə konteynerlərdən hazırlanmış moto showroom, mağaza və üst mərtəbədə kafe konsepsiyasını özündə birləşdirir. Bu layihədə loft üslubunda, metal, tünd ağac və fərqli vurğu rənglərinin istifadə olunduğu bir interyer üzərində çalışmışam.

Bundan əlavə, yaşayış evləri, mənzillər və müxtəlif kommersiya məkanları üzrə planlaşdırma və 3D vizuallaşdırma layihələrim də var. İşlərimdə AutoCAD, 3ds Max + Corona Renderer, Photoshop və digər dizayn proqramlarından istifadə edirəm.

Bu sahəyə olan marağım uzun müddətdir var və interyer dizaynını sadəcə iş kimi deyil, böyük həvəslə gördüyüm bir sahə kimi qəbul edirəm. Daim özümü inkişaf etdirməyə, yeni layihələr üzərində işləməyə və daha böyük, keyfiyyətli layihələrdə özümü sınamağa çalışıram.
+994 55 886 11 38

Şəkil Qalereyası

Dizaynerlərə qayıt